Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın

Azərbaycanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın

Date: 14 January 2016 12:18

Masallı rayonunun Sərçuvar kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.

Milli.az report-a istinadən bildirir ki, ov tüfəngi ilə silahlanan maskalı şəxs növbətçini hədələyərək ondan kassada olan pulları verməsini tələb edib. Bu zaman yanacaqdoldurma məntəqəsinə avtomaşının yaxınlaşması onun planını pozub.

Qarətçi qaçaraq hadisə yerindən uzaqlaşıb. Masallı Rayon Polis Şöbəsinə (RPŞ) daxil olan məlumat əsasında yaradılan əməliyyat qrupu hadisəni törətməkdə şübhəli bilinən bir nəfər şəxsi saxlayaraq istintaqa təhvil verib. 

Faktla bağlı araşdırma aparılır.


Tags:  yanacaqdoldurma menteqesi silahli basqin silahli basqin masallida yanacaqdoldurma menteqesi

RƏYLƏR


Top news