Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Uorlik Londonda Dağlıq Qarabağla bağlı məsləhətləşmələr aparıb

Uorlik Londonda Dağlıq Qarabağla bağlı məsləhətləşmələr aparıb

Date: 14 January 2016 12:19

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Britaniya Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparıb.

APA-nın Britaniyanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, o, ölkənin Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla görüşüb.

 

Görüşdə ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

 

C. Uorlik həmçinin region üzrə ekspertlər, hökumət nümayəndələri, QHT sektoru üzvləri və akademik dairələrin təmsilçilərinin iştirakı ilə keçirilən dəyirmi masaya qatılıb.

 

Amerikalı həmsədr həmçinin Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktorluğunun rəhbəri Maykl Tethemlə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son hadisələr müzakirə edilib.

 


Tags:  Uorlik Londonda Dağlıq Qarabağla bağlı məsləhətləşmələr aparıb

RƏYLƏR


Top news