"Gecenin Kraliçesi" serialında Esra rolunu canlandıran Funda Eryiğit performansı ilə Meryem Üzerlini kölgədə qoyub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Esra rolu ilə izləyənlərin rəğbətini qazanıb. Onun Murat Yıldırım ilə qarşılıqlı səhnələri sosial mediada böyük maraq doğuraraq müzakirələrə səbəb olub.
Qeyd edək ki, aktrisa axırıncı dəfə "Karadayı" serialında Belgin roluna çəkilmişdi.