Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Polis Sumqayıtda şagirdi döyən müəllimdən ifadə alıb

Polis Sumqayıtda şagirdi döyən müəllimdən ifadə alıb

Məktəbli qızı qaçırdılar - Bakıda (20 Mart 2017 14:33)
Məktəbli qızı qaçırdılar - Bakıda (20 Mart 2017 14:17)
Dərs oxumadığı üçün onu döyən valideyinlərini polisə verdi (13 Mart 2017 14:22)

Tarix: 14 Yanvar 2016 12:22

Bakı. 14 yanvar. REPORT.AZ/ Sumqayıt şəhəri 22 saylı məktəbdə müəllimin şagirdi döyməsi hadisəsi ilə əlaqədar təhsil müəssisəsinə polis əməkdaşları gəlib. Bu barədə "Report"a məktəbin direktoru Tahirə Səfərova məlumat verib.
Onun sözlərinə görə, hazırda Sumqayıt Şəhər 3-cü Polis Bölməsinin əməkdaşları məktəbdə məsələ ilə əlaqədar araşdırma aparır, hadisəni törədən İdris Hüseynovdan, habelə şagirdlərdən (onlar VIII sinif şagirdləridir) ifadə alır.
Məktəb direktoru onu da qeyd edib ki, tarix müəllimi İdris Hüseynovun işdən çıxmaqla bağlı yazdığı ərizə Sumqayıt Şəhər Təhsil Şöbəsinə təqdim edilib: "Müəllimin işdən çıxması haqda qərar Təhsil Nazirliyi və Sumqayıt Şəhər Təhsil Şöbəsinin birgə müzakirəsindən sonra veriləcək".
Qeyd edək ki, sosial şəbəkələrdə müəllimin şagirdi döyməsi ilə bağlı videogörüntülər yayılıb. Məlum olub ki, görüntülər Sumqayıt şəhəri 22 saylı məktəbdə keçən həftə çəkilib.

Teqlər:  Polis Sumqayıtda şagirdi döyən müəllimdən ifadə alıb



RƏYLƏR


Top xəbərlər