Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Deputatın qızı 3,5 il aldı

Deputatın qızı 3,5 il aldı

Date: 14 January 2016 12:32

Rusiyanın İrkutsk vilayət Dumasının deputatı Janna Yesyovanın qızı Yuliya Kiselyova məhkəmənin qərarı ilə 3,5 il müddətinə azadlıqdan məhrum olunub. Milli.az RİA Novosti-yə istinadən bildirir ki, prokuror Kiselyova üçün 4 il həbs istəyirdi.

Keçən ilin iyulun 27-də Yuliya Kiyelyova gecə saatlarında "Mercedes" avtomobilinin sükanı arxasında olarkən "Toyota Highlander" markalı maşını vurub. Zərbə nəticəsində cip qarşıdakı iki maşınla toqquşub. Qəzada iki nəfər, o cümlədən İrkutsk Vilayət Daxili İşlər İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi Albert Sokolov həlak olub.

Cinayət işinin materiallarına görə, qəza zamanı Kiselyova möhkəm sərxoş olub.

Hadisədən sonra İrkutsk qubernatoru Sergey Yeroşenko deputat Yesyovaya müraciət edərək onu mandatdan könüllü imtinaya çağırıb.
Fəqət, deputat "seçicilərə verdiyim vədləri yerinə yetirməliyəm" deyərək mandatı təhvil verməkdən boyun qaçırıb.


Tags:  deputatin qizi deputatin qizi hebs azadliqdan mehrum olundu

RƏYLƏR


Top news