"Bəyaz şou"da qalmaqal yaradan qadın danışdı: "Yalandır..."

"Bəyaz şou"da qalmaqal yaradan qadın danışdı: "Yalandır..."
12:31 14 Yanvar 2016
45 Şou
Ölkə mətbuatı
A- A+

"Bəyaz Şou"ya canlı efirdə zəng edərək Türkiyənin şərqində baş verənlər haqda danışan Ayşe Çelik adlı qadın ifadə verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dediklərindən sonra haqqında "terror təşkilatını təbliğ etmək" adıyla cinayət işi açılan qadın yazılanlara və deyilənlərə münasibətini bildirib:

"Terror təşkilatının fəaliyyətinə haqq qazandırmaq kimi bir niyyətim yox idi. Terror təbliğatı da etmirdim. İşləməsəm də, peşəm müəllimlikdir. Danışdıqlarımın başqa məcraya yönəldildiyini düşünürəm... Dediklərim öz iradəm daxilində baş verib. PKK-ın etdiyi heç bir terroru dəstəkləmirəm. Bunları canlı yayımda deyə bilmədim. Baş verən hadisələr məni də qurbana çevirib. Haqqımda səslənən heç bir iddianı qəbul etmirəm, yalandır".

Qeyd edək ki, A.Çelik yanvarın 8-də Bəyazit Öztürkün aparıcılıq etdiyi proqrama zəng vurmuş və terrorçularla mübarizə haqda fikirlərini səsləndirmişdi. Onun fikirlərinə görə həm verilişə, həm də özünə cinayət işi açılıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR