Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yağış və qar yağacaq - Sabahın havası

Yağış və qar yağacaq - Sabahın havası

Date: 14 January 2016 12:39

15 yanvar 2016 hava proqnozu - Yanvarın 15-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı  gözlənilir.      

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən lent.az-a verilən məlumata görə, sabah arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlıq rayonlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq.

 

 


Tags:  15 yanvar 2016 hava proqnozu havanin temperaturu

RƏYLƏR


Top news