Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Röyadan danışmamağı Məlahət Abbasovadan o istəyib

Röyadan danışmamağı Məlahət Abbasovadan o istəyib

Date: 14 January 2016 12:41

Bir neçə gündür Bakıda olan aktrisa Məlahət Abbasova bu gün Türkiyəyə yola düşür.

Axşam.az big.az-a istinadən xəbər verir ki, aktrisa sonuncu dəfə müğənni Röya ilə aralarında yaşanan qalmaqalla bağlı açıqlama verib:

"Bu məsələni uzatmaq istəmirəm. Ona görə Röyanı heç məhkəməyə də vermədim. Türkiyə vətəndaşıyam, mənim haqqımda belə danışmaq olmaz. Orada menecerim və vəkilim var. Röyanın əleyhinə indiyədək heç bir şey söyləməmişəm. Mən bilmədim o niyə belə etdi. Röyanı başa düşmədim. Qoy böyüklük məndə qalsın. Ona cavab vermirəm. Nə deyirsə, desin. Qalmaqallarla gündəmdə olmaq mənə yaraşmaz. Bakıya iki günlük gəlmişdim və bu gün çıxıb gedirəm . Söz-söhbətlərin içərisində yer almaq istəmirəm. Çünki dedi-qodulara öyrəşməmişəm”.
 
 
M.Abbasova bir müddət öncə dediyi "Röya barədə susmağımı elə bir adam tapşırıb ki, məcburam" sözlərinə də aydınlıq gətirib:

"Hamı soruşur ki, səndən susmağını istəyən adam kimdir. Bakıya gəlmək burnumdan gəldi. Aybəniz Haşımova mənim çox səmimi dostumdur, neçə gündür onunla bərabərik. Buradakı mentaliteti bilmədiyim üçün Aybəniz mənə dedi ki, bu haqda heç nə danışma. Mən də Aybəniz xanıma qulaq asıb, susdum”.


Tags:  Röyadan danışmamağı Məlahət Abbasovadan istəyib

RƏYLƏR


Top news