Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Supermarket qarət edildi - Lerikdə

Supermarket qarət edildi - Lerikdə

Date: 14 January 2016 12:55

Lerik rayonunun mərkəzində, avtovağzal ərazisində yerləşən Natiq Adıyevə məxsus "Halal" supermarketi qarət olunub.

Milli.az report-a istinadən bildirir ki, mağaza sahibinə xeyli miqdarda ziyan vuran qarətçi və ya qarətçilər təhlükəsizlik kamerasından yayına biliblər. Lerik Rayon Polis Şöbəsindən (RPŞ) bildirilib ki, qarətçilər gecə saatlarında mağazaya arxa tərəfdən yaxınlaşıb, dam örtüyünü sökməklə içəri daxil olublar: "Mağaza sahibinə külli miqdarda ziyan dəyib. Bunda başqa marketdə yerləşdirilən "Milli Ön" ödəniş terminalına müdaxilə olunub, lakin terminalda olan pulları götürə bilməyiblər". 

Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.


Tags:  supermarket qaret edilib lerikde supermarket

RƏYLƏR


Top news