Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeni ədəbiyyat və sənət jurnalı nəşr ediləcək

Yeni ədəbiyyat və sənət jurnalı nəşr ediləcək

Date: 14 January 2016 12:53


Bakı, 14 yanvar, Zərəngiz Mansurova, AZƏRTAC
“Hədəf” nəşrlərinin təsisçiliyi ilə “Ustad” adlı yeni ədəbiyyat və sənət jurnalı işıq üzü görəcək.
Nəşriyyatdan AZƏRTAC-a bildirilib ki, jurnal müasir və klassik ədəbi və sənət nümunələrimizi özündə əks etdirəcək, dünya ədəbiyyat incilərini Azərbaycan oxucusuna çatdıracaq. Jurnalda, həmçinin tanınmış imzaların yazılarına, yerli yazıçılardan bədii nümunələrə, məşhur dünya müəlliflərindən tərcümələrə, sənət söhbətlərinə də yer veriləcək.
“Ustad” jurnalı gənc müəllifləri də əməkdaşlığa dəvət edir. Onların mətbuatda dərc olunmamış əsərlərini və məqalələrini hər ay çap etmək niyyətindədir. Yazılarını yeni nəşrdə görmək istəyənlər info@senet.az imeyl adresi vasitəsilə müraciət edə bilərlər.
Fevralın 2-də “Senet.az” saytının bir yaşında oxuculara təqdim olunması nəzərdə tutulan jurnalın baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlıdır.
 

Tags:  Yeni ədəbiyyat sənət jurnalı nəşr ediləcək


RƏYLƏR


Top news