Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı müəllifin kitabı Moskvada nəşr edilib

Azərbaycanlı müəllifin kitabı Moskvada nəşr edilib

Date: 14 January 2016 12:53


Bakı, 14 yanvar, AZƏRTAC
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rza Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” monoqrafiyası Moskvadakı “İnsan” nəşriyyatında rus dilində çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitabda Çin Xalq Respublikası, Yaponiya, Koreya Respublikası, Malayziya, Vyetnam Sosialist Respublikası kimi Asiya ölkələrinin dünya siyasətindəki yeri, rolu, mövqeyi və əhəmiyyəti məsələlərindən bəhs edilir.
R.Talıbov XX əsrin ikinci yarısından sonra ciddi inkişaf yolu keçən, dünya iqtisadiyyatında və beynəlxalq münasibətlərdə xüsusi yer tutan Asiya ölkələrində gedən ictimai-siyasi, iqtisadi, elmi-mədəni prosesləri diqqətlə izləyib və müqayisəli şəkildə geniş ictimaiyyətə çatdırıb.
Kitabda, eyni zamanda, qeyd edilən ölkələrlə Azərbaycan Respublikasının çoxcəhətli əlaqələrindən və əməkdaşlığından da geniş bəhs olunur.
Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq qərarı ilə ali məktəblərin beynəlxalq münasibətlər ixtisasında təhsil alan tələbələr üçün dərslik statusu verilən “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı ötən il Bakıda “Elm və təhsil” nəşriyyatında çap edilib.
Kitab ali məktəblərin tələbələri, tədqiqatçılar və siyasətçilər üçün nəzərdə tutulur.

Tags:  Azərbaycanlı müəllifin kitabı Moskvada nəşr edilib


RƏYLƏR


Top news