İsrafilov 45 dəqiqə oynadı, komandası uduzdu

İsrafilov 45 dəqiqə oynadı, komandası uduzdu
12:57 14 Yanvar 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Eybar" səfərdə "Las-Palmas"la qarşılaşıb. 

Oyun futbolçumuzun komandasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Doğma meydanda keçirilən ilk oyunda da eyni hesablı məğlubiyyətlə üzləşən "Eybar" kubokdakı mübarizəni dayandırmaq məcburiyyətində qalıb.

Eddi bu oyuna start heyətdə başlayıb. Lakin o, fasilədə əvəzlənib. Hansı ki, həmin vaxt komandası 0:1 hesabıyla məğlub durumda olub.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-srafilov-45-dqiq-oynad-komandas-uduzdu-t46784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR