Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Fənərbaxça"nın futbolçusu həyat yoldaşından boşanır

"Fənərbaxça"nın futbolçusu həyat yoldaşından boşanır

Date: 14 January 2016 12:59

 

“Fənərbaxça” və Türkiyə millisinin şərəfini qoruyan Caner Erkin həyat yoldaşından boşanır.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, futbolçu 6 illlik həyat yoldaşı Asena Erkindən boşanmaq üçün vəkili vasitəsilə məhkəməyə müraciət edib.

Caner Erkin boşanmasına səbəb kimi 6 il ərzində Asena ilə münasibətlərinin çox pis olmasını və gün-gündən daha da pisləşdiyini bildirib.

Cütlüyün birgə nikahdan Çinar adlı oğlu var.

Qeyd edək ki, Türkiyə mətbuatında Asena Erkinin Caner Erkinlə evli olduğu müddətdə başqa şəxslərlə görüşdüyünə dair fotolar yayılıb.  





Tags:  Fənərbaxçanın futbolçusu həyat yoldaşından boşanır

RƏYLƏR


Top news