"YUĞ" teatrının 16-cı əsrə aid binası sökülür? - açıqlama

"YUĞ" teatrının 16-cı əsrə aid binası sökülür? - açıqlama
13:06 14 Yanvar 2016
17 Şou
Ölkə mətbuatı
A- A+

"YUĞ Teatrının binasının söküləcəyi haqda bizə dəqiq bir söz deyilməyib".

Axşam.az-ın məlumatına görə, bunu "Report" açıqlamasında teatrın direktoru Tərlan Rəsulov bildirib.

Onun sözlərinə görə, hazırda YUĞ Teatrı əvvəllər fəaliyyət göstərdiyi binadadır və kollektivi heç yerə köçməyib:
 
"Hələlik öz binamızdayıq. Bizə dəqiq bir söz deyilməyib. Əgər binamız söküləcəksə, bundan faciə düzəltmək lazım deyil. YUĞ Teatrı bir binadan ibarət deyil ki? YUĞ düşüncədir, estetikadır. YUĞ-un kollektivi var, tamaşaçıları var. Harada fəaliyyət göstərməyimizdən asılı olmayaraq, tamaşaçılarımız bizi gəlib tapacaq".

Qeyd edək ki, mətbuatda YUĞ Dövlət Teatrının yerləşdiyi binanın söküləcəyi haqda məlumat yayılıb. Teatrın fəaliyyət göstərdiyi bina 16-cı əsrdə inşa olunub. Hamam-binanın Bakıda aparılan abadlıq işlərinə görə söküləcəyi bildirilib. Teatrın yerləşdiyi məkan söküntü ərazisinə düşür.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44231

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR