Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Röyaya görə Məlahət Abbasovaya kim ağız açıb?

Röyaya görə Məlahət Abbasovaya kim ağız açıb?

Röyanın yeni klipi çıxdı (23 Mart 2017 18:37)
Elza Röyanın sirrini açdı (19 Mart 2017 02:07)
Elza Seyidcahan Oqtay Əliyevi özündən çıxardı: " Sən avtoritetsən?.." (18 Mart 2017 20:12)

Tarix: 14 Yanvar 2016 13:16

Bir neçə gündür Bakıda olan aktrisa Məlahət Abbasova bu gün Türkiyəyə yola düşür.

Milli.Az big.az-a istinadən xəbər verir ki, aktrisa sonuncu dəfə müğənni Röya ilə aralarında yaşanan qalmaqalla bağlı açıqlama verib:

"Bu məsələni uzatmaq istəmirəm. Ona görə Röyanı heç məhkəməyə də vermədim. Türkiyə vətəndaşıyam, mənim haqqımda belə danışmaq olmaz. Orada menecerim və vəkilim var. Röyanın əleyhinə indiyədək heç bir şey söyləməmişəm. Mən bilmədim o, niyə belə etdi. Röyanı başa düşmədim. Qoy böyüklük məndə qalsın. Ona cavab vermirəm. Nə deyirsə, desin. Qalmaqallarla gündəmdə olmaq mənə yaraşmaz. Bakıya iki günlük gəlmişdim və bu gün çıxıb gedirəm. Söz-söhbətlərin içərisində yer almaq istəmirəm. Çünki dedi-qodulara öyrəşməmişəm".

Məlahət Abbasova bir müddət öncə dediyi "Röya barədə susmağımı elə bir adam tapşırıb ki, məcburam" sözlərinə də aydınlıq gətirib:

"Hamı soruşur ki, səndən susmağını istəyən adam kimdir. Bakıya gəlmək burnumdan gəldi. Aybəniz Haşımova mənim çox səmimi dostumdur, neçə gündür onunla bərabərik. Buradakı mentaliteti bilmədiyim üçün Aybəniz mənə dedi ki, bu haqda heç nə danışma. Mən də Aybəniz xanıma qulaq asıb, susdum".


Teqlər:  aktrsia melahet abbasova melahet abbasova roya ayxan roya melahet aybeniz hasimova



RƏYLƏR


Top xəbərlər