Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Türkiyəli futbolçunun sevgilisi telefon oğurladı - FOTO

Türkiyəli futbolçunun sevgilisi telefon oğurladı - FOTO

Qırmızı xalçada gözəllik yarışına çıxdılar - FOTOLAR (23 Mart 2017 12:28)
Ebru Şallı ilə Cem Yılmaz evlənir? - FOTO (23 Mart 2017 12:05)
Ebru Gündeşin gənc qalmasının sirri ortaya çıxdı - FOTO (22 Mart 2017 11:32)

Tarix: 14 Yanvar 2016 13:21

Türkiyəli maniken Ebru Şancının 3 il həbs ediləcəyi gözlənilir.

Milli.az qafqazinfo-ya istinadən bildirir ki, buna səbəb onun oğurluq etməsidir.  "Əskişəhərspor" klubunun formasını geyinən Alpaslan Öztürk ilə sevgili olan Şancı öz dostunun telefonunu oğurlamaqda günahlandırılır.

Məşhur manikenin dostu Gökhan Beder restoranda telefonunu stolun üstünə qoyaraq tualetə gedib. Geri döndükdən sonra telefonun yox olduğunu görən Beder polisə şikayət edib. Araşdırmaya başlayan polis öncə restoranın təhlükəsizlik kameralarına baxıb. Amma ortaya bir şey çıxmayıb. Bundan sonra Telekommunikasiya Əlaqələr Nazirliyinə müraciət edən polis həmin telefondan edilən zəngləri araşdırıb. Nəticədə Şancının nömrəsi ilə bu telefondan istifadə olunduğu ortaya çıxıb.

Amma onun dostu Gökhan Beder şikayətini geri götürüb. Buna baxmayaraq polis Şancını oğurluq ittihamı ilə saxlayıb və barəsində cinayət işi açılıb. İlk məhkəmədə ifadə verən məşhur maniken bunları deyib: "Qardaşım telefonun mənim olduğunu zənn edib və ondan yararlanıb. Mən həmin hadisədən sonra ABŞ-a getdim. 20 gün sonra geri qayıtdığımda qardaşım telefonun şifrəsini qırıb istifadə edirdi. Onun belə işləri yoxdur. Sadəcə, elə bilib ki, mənimdir. Telefonu mənim maşınımda tapıb".











Teqlər:  ebru sanci turkiyeli maniken ebru sanci ebru sanci alpaslan ozturk alpaslan ozturk eskiseherspor ebru sanci ogurluq



RƏYLƏR


Top xəbərlər