Şagirdi döyən müəllim işdən çıxarıldı – Rəsmi

Şagirdi döyən müəllim işdən çıxarıldı – Rəsmi
13:14 14 Yanvar 2016
119 Sosial
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin tarix müəllimi İdris Hüseynov işdən azad edilib.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məktəbin tarix müəllimi İdris Hüseynov “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun və “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq etmiş, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verib. Bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İdris Hüseynov Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi vəzifəsindən azad edilib.

 

 Bununla Bağlı Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi hazırda xidməti araşdırma aparır.

 

Bundan başqa, Təhsil Nazirliyi bu məsələ adekvat münasibətə görə ictimaiyyətə təşəkkürünü bildirir, ictimai nəzarətin vacibliyini bir daha vurğulayır. Hadisə tam araşdırıldıqdan sonra hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcək.

 

Qeyd edək ki, Təhsil Nazirliyi bundan sonra da təhsil müəssisələrində şəffaflığıın təmin edilməsi, təhsilalanların hüquqlarının müdafiəsi və təhsil ocaqlarının hüquqi məkana çevrilməsi, müəllim-şagird münasibətlərinin qarşılıqlı əməkdaşlıq şəraitində qurulması istiqamətində səylərini davam etdirəcəkdir.

Təhsil Nazirliyi bildirir ki, gələcəkdə şagirdlərə qarşı belə antipedaqoji hərəkətlərə yol verilərsə, bu sahədə məsuliyyət daşıyan vəzifəli şəxslər barədə ən ciddi tədbirlər görüləcək.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228652

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR