Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Yağış yağacaq - PROQNOZ

Yağış yağacaq - PROQNOZ

Date: 14 January 2016 13:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 15-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, havanın günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Milli.Az bildirir ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 15-də arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Milli.Az


Tags:  Yağış yağacaq PROQNOZ

RƏYLƏR


Top news