Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rasim Əliyevin öldürənlərin məhkəməsində: "Rasimi Arif, Elşən və Camal vurdu"

Rasim Əliyevin öldürənlərin məhkəməsində: "Rasimi Arif, Elşən və Camal vurdu"

Date: 14 January 2016 13:19

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda Arif Əliyev və Kənan Mədətov ifadə verib. K.Mədətov ifadəsində onu hadisə baş verən yerə E.İsmayılovun apardığını bildirib: "Rasimlə görüşdük. Samir də, mən də Rasimi vurmadıq. Rasimi Arif, Elşən və Camal vurdu. Hadisədən sonra "Bibiheybət" ziyarətgahına gedərək nəzir verdik, ziyarət namazı qıldıq".

 

Kənan Mədətov isə ibtidai istintaqa verdiyi ifadəni təsdiqləməyib. 

 

Məhkəmə prosesi yanvarın 19-a təyin edilib.

 

Qeyd edək ki, Qeyd edək ki, edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.  Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham edilir.

 

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

 

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu qeyd edib.


Tags:  Rasim Əliyevin öldürənlərin məhkəməsində Rasimi Arif Elşən Camal vurdu

RƏYLƏR


Top news