Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Al Jazeera ABŞ-ı tərk edir - VİDEO

Al Jazeera ABŞ-ı tərk edir - VİDEO

Date: 14 January 2016 13:22

Qətərin Əl Jazeera telekanalı aprelin 30-da ABŞ-da fəaliyyətini dayandıracaq. Telekanal Birləşmiş Ştatlardakı ofisini bağlayacaq, ölkə ərazisində kabel yayımına son qoyacaq.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, olaya səbəb ABŞ-ın media bazarında rəqabətin kəskinləşməsidir.

"Telekanalımızın Al Jazeera America-nı qapatmasının səbəbi biznes-modelimizin ABŞ-dakı media bazarında yaşanan iqtisadi prloblemlər şəraitində dayanıqlı olmamasıdır", - telekanalın rəhbəri El Enstey deyib.

Al Jazeera ABŞ-da ancaq rəqəmsal servislərlə təmsil olunacaq.
Al Jazeera America telekanalı 2013-cü ildə yayıma başlasa da, populyar ola bilməyib. Bəzən telekanal ekran qarşısına heç 30 min tamaşaçı da yığa bilmirdi.
Al Jazeera baş ofisi Qətərin paytaxtı Dohada olan beynəlxalq media konsernidir.

Milli.Az


Tags:  Jazeera ABŞ-ı tərk edir VİDEO



RƏYLƏR


Top news