"Terrorçular bizə qalib gələ bilməyəcək"

"Terrorçular bizə qalib gələ bilməyəcək"
13:27 14 Yanvar 2016
9 Digər
Ölkə mətbuatı
A- A+

Terrorçular bizə qalib gələ bilməyəcək.

Report "France Press"ə istinadən xəbər verir ki, bunu İndoneziya prezidenti Coko Vidodo yanvarın 14-də ölkə paytaxtı Cakartada törədilən terror aktlarına münasibət bildirərkən deyib.

Dövlət başçısı əhalini sakitliyə çağırıb: "Millətimiz və xalqımız qorxmamalıdır. Ümid edirəm ki, ictimaiyyət soyuqanlığını qoruyacaq. Hadisə nəticəsində həyatını itirənlərin olmasına təəssüf edirik". 

Məlumata görə, Cakartada törədilən partlayışlarda terrorçular qumbaradan istifadə ediblər. Şəhərin 6 müxtəlif hissəsində, o cümlədən daha nüfuzlu mehmanxanaların, səfirliklərin və ofis binalarının yerləşdiyi ərazidə partlayış törədilib.

Terroru 10-14 silahlı və terrorçu-kamikadzenin törətdiyi bildirilib.
Terror aktları nəticəsində biri polis zabiti olmaqla 6 nəfər həlak olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR