“Powerball” lotereyasının 1,5 milyard dollarlıq cekpotunun 3 qalibi müəyyənləşib

“Powerball” lotereyasının 1,5 milyard dollarlıq cekpotunun 3 qalibi müəyyənləşib
13:28 14 Yanvar 2016
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
ABŞ-da keçirilən “Powerball” lotereyasının 1,5 milyard dollarlıq rekord cekpotunun qalibləri məlum olub.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, cekpotun qaliblərindən biri Erik Breqqdir. O, artıq öz şəklini qalib biletlə birgə sosial şəbəkəyə yerləşdirib.
Erik Breqq bileti Kaliforniya ştatında yerləşən doğma Çino-Hills şəhərindən aldığını deyib. Lotereyanın təşkilatçıları həqiqətən də uduşlu biletin bu ştatda satıldığını təsdiq edib. Onların sözlərinə görə, lotereyanın daha iki uduşlu bileti Florida və Tennessi ştatlarında satılıb.
Beləliklə də, 1,5 milyard dollarlıq rekord cekpotu aralarında böləcək qaliblərin sayı üç nəfərə çatıb. Yaxın saatlarda digər qaliblərin də məlum olacağı istisna edilmir.
Təşkilatçılar, həmçinin uduşlu bilet sahiblərinə anonimliyi qorumağı və öz uduşlarını götürməzdən əvvəl maliyyə məsləhətçilərinin köməyindən istifadə etməyi məsləhət görüb.
Qaydalara görə uduşlu biletin satıldığı mağaza 1 milyon dollar həcmində bonus alacaq. Qalib udduğu pulları 30 il müddətinə qədər və ya həmin dəqiqə götürə bilər. Amma sonuncu halda uduşun həcmi azalacaq və vergi çıxıldıqdan sonra nağd şəkildə yalnız 930 milyon dollar ödəniləcək.
Xatırladaq ki, indiyə qədər Amerikanın lotereya tarixində ən iri məbləğ udan şəxs 2012-ci ildə “MegaMillions” bileti ilə 656 milyon dolların sahibi olub.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Powerball_lotereyasinin_15_milyard_dollarliq_cekpotunun_3_qalibi_mueyyenlesib-918353

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR