Aktyorlar acıq etdilər, çəkiliş dayandı

Aktyorlar acıq etdilər, çəkiliş dayandı
13:47 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Star TV-də yeni başlayan "Geccenin kraliçesi" serialında Meryem Üzerlinin adının çox çəkilməsi digər aktyorların etirazına səbəb olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Meryemin tərəf müqabili Murat Yıldırım artıq bu qədər şişirdilmiş reklama dözə bilməyərək fikrini səsləndirib:

"İllərdir bu sahədəyəm, belə bir şey görmədim. İçində olduğum bütün layihələr uğur qazandı. Amma sanki, serialı ancaq Meryem çiynində daşıyacaqmış. İşləmək istəmirəm".

Serialdakı digər aktyor Uğur Polat da Murata dəstək olaraq çəkilişlərə qatılmaqdan imtina edib. Çəkiliş heyəti həmin günkü işləri təxirə salıb. Prodüser isə qəzəbli aktyorlara zəng vuraraq onlarla dil tapıb. Ertəsi gün çəkiliş qaldığı yerdən davam edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR