“Krid: Rokki irsi” və “Bacılar” Bakıdadır

“Krid: Rokki irsi” və “Bacılar” Bakıdadır
13:49 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

 

 

Nizami Kino Mərkəzində yanvarın 14 –dən  “ Krid: Rokki irsi” və “Bacılar” adlı filmlərin nümayişinə başlanıb. Lent.az-ın məlumatına görə, filmi rejissor Rayan Kuqler  dram və idman janrında çəkib.

Ekran əsərində əsas rolları Maykl B.Cordan, Silvestr Stallone, Tessa Tompson, Filisiya Raşad, Andre Uord, Toni Belyu, Riçi Koster, Ceykob Stiç Dyuran, Qrem Mak Taviş, Malik Bazille  və başqaları ifa edir.

Film Rokki Balboanın rinqdə ən ciddi  ilk  rəqibi və sonradan ən yaxın dostuna çevrilən Appolo Kridin oğlundan bəhs edir. Krid oğul atasının yolunu davam edir və bu məqsədlə o, artıq yaşa dolmuş Rokkinin axtarışına çıxır. Çoxdan bu işlərdən uzaq olan, yaşa dolmuş Rokki yenidən Kridə məşqçilik etməyə başlayır

ABŞ  istehsalı olan “Bacılar” filmi də yeni ekran əsərlərindəndir. Filmin rejissoru Ceyson Murun, ssenari müəllifi Paula Pellindir. Ailə evlərini satmağa yığışan valideynlərin iki qızı  evdə  son əyləncə məclisi keçirməyi qərara alırlar...

“Bacılar”da rollara Emi Poler, Tina Fey, Maya Rudolf, Ayk Barinxolts, Ceyms Brolin, Dayenn Uist, Con Sina, Con Lequizamo, Bobbi Moynaxan, Qreta Li və başqa aktyorlar  çəkilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228660

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR