Cakartada terror aktı nəticəsində həlak olanlar arasında BMT əməkdaşı da var

Cakartada terror aktı nəticəsində həlak olanlar arasında BMT əməkdaşı da var
13:58 14 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Yanvarın 14-də İndoneziyanın paytaxtı Cakarta şəhərində baş verən partlayışlar seriyası və hücumlar nəticəsində, son məlumata görə, 7 nəfər həlak olub. Onların arasında Niderland vətəndaşı olan BMT əməkdaşı da var. Həlak olanların ikisi dinc sakindir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yerli polis Cakartanın mərkəzində baş verən hücumların yeddi yaraqlı tərəfindən həyata keçirildiyini bildirib. Milli polis xidməti rəisinin müavini Budi Qunavananın məlumatına əsasən, insident nəticəsində yaraqlılardan 4-ü öldürülüb.
İndoneziya paytaxtının mərkəzində təhlükəsizlik üzrə vəziyyətin nəzarət altına alındığı bildirilir. Hücumlara görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cakartada_terror_akti_neticesinde_helak_olanlar_arasinda_BMT_emekdasi_da_var-918365

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR