20 Yanvar faciəsinin qurbanları “Mənim ağ göyərçinim”lə anılacaq

20 Yanvar faciəsinin qurbanları “Mənim ağ göyərçinim”lə anılacaq
14:01 14 Yanvar 2016
24 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tamaşa nümayiş etdiriləcək.

Axşam.az-ın məlumatına görə, yazıçı-dramaturq Tamara Vəliyevanın 20 Yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” əsəri əsasında hazırlanan eyniadlı tamaşa yanvar ayının 19-da saat 16.00-da göstəriləcək.

Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsi olan 20 Yanvar şəhidlərinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. İlk və nakam məhəbbət haqqında iki hissəli səhnə əsərinin tərtibatçı rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Səhnə əsərində əsas obrazları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Günel Məmmdova, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Rövşən Abbasov, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edəcəklər.






Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44236

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR