Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlhamə Quliyeva ziyafətini təxirə saldı - SƏBƏB

İlhamə Quliyeva ziyafətini təxirə saldı - SƏBƏB

Date: 14 January 2016 14:04

Xalq artisti İlhamə Quliyeva bu günlərdə dostlarına verəcəyi ziyafəti təxirə salıb. Bu barədə Lent.az-a xalq artistinin özü məlumat verib. O bildirib ki, buna səbəb işlərinin çox olmasıdır: “Xəstəxanadan çıxanda söz verdim ki, dostlarımı başıma yığıb, ziyafət verəcəyəm. Amma belə qərara gəldim ki, bu tarixi təxirə salaq. Çünki xəstəxanadan buraxılan zaman bir çox yaxınlarım məni görmək üçün evə gəldi. Həmin ziyafətə hazırlaşmağa az vaxtım qaldı. Məhz bu səbəbdən vaxtı dəyişməli oldum. İnşallah, mart ayında çox möhtəşəm bir ziyafət təşkil edəcəm. Paytaxt məkanlarının birində baş tutacaq həmin mərasimə bir çox insanlar qatılmaq istəyəcək. Amma həmin gecədə yalnız mənim seçdiyim insanlar iştirak edəcək”.

 

 

Qeyd edək ki, dekabrın 18-də Mərkəzi Neftçilər Xəstəxanasından evə buraxılan İ.Quliyeva Lent.az-a açıqlamasında bu münasibətlə ziyafət verəcəyini demişdi: “Şükürlər olsun ki, özümü yaxşı hiss edirəm. Xəstəxananın baş həkimi Leyla Seyidbəyovaya və oranın bütün işçi heyətinə minnətdaram. Müalicələrim müsbət oldu. Elə ona görə də yeni ildə, yanvarın 13-də paytaxt məkanlarının birində dostlarımı bir araya yığacam. Həmin ziyafətdə yalnız mənə yaxın olan dostlarım dəvət olunacaq. Hələ ki, heç kimə dəvət göndərməmişəm".


Tags:  İlhamə Quliyeva ziyafətini təxirə saldı SƏBƏB

RƏYLƏR


Top news