Sindeydə terror xofu - Opera binası boşaldıldı

Sindeydə terror xofu - Opera binası boşaldıldı
14:05 14 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Sidney polisi Opera Binasındakı insanları təxliyə edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, eyni zamanda, binanın yaxınlığındakı buxtadan keçən tramvayların hərəkəti dayandırılıb.

Yerli kütləvi informasiya vasitələri əməliyyatın terror aktı ilə bağlı olmadığı barədə məlumat yayıblar. Yeni Cənubi Uels ştatı polisinin rəsmi nümayəndəsi Sidneyin mərkəzində keçirilmiş əməliyyatın təhlükəsizlik məqsədi daşıdığını bildirib.

Qeyd edib ki, sosial şəbəkələrdə yayılmış məlumata əsasən, polis Sidney operası və Menli rayonunda əməliyyat aparıb. Hazırda ehtiyat tədbirləri çərçivəsində həyata keçirilən əməliyyat başa çatdırılıb. O, əməliyyatın detalları barədə əlavə məlumat verməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR