Qalmaqallı müğənni ərə gedir - foto

Qalmaqallı müğənni ərə gedir - foto
14:06 14 Yanvar 2016
64 Şou
Ölkə mətbuatı
A- A+

Qalmaqallı müğənni Mayli Sayrus keçmiş nişanlısı aktyor Liam Hemsvortla barışdıqdan sonra onunla ailə qurmağa hazırlaşır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu xəbər onun fanatlarını təəccübləndirib. Hər zaman qeyri-adi geyimləri və davranışı ilə fərqlənən ifaçı Liamla 17 yaşında çəkildiyi film zamanı tanış olmudşu. O vaxtdan etibarən sevgili olan cütlük 4 il münasibət saxlayıblar.

Lakin hər iki tərəf karyeralarını ailə üçün təxirə salmaq istəmədikləri üçün 2013-cü ildə ayrıldıqlarını elan ediblər. Ondan sonra Mayli aktyor Arnold Şvarsneqqerin oğlu Patriklə qısamüddətli, qalmaqallı sevgi münasibəti yaşadı. L.Hemsvort isə həmin dövrdə müxtəlif dedi-qodularla gündəmə gəlirdi.

Bu yaxınlarda Avstraliyada keçirilən musiqi festivalında cütlük yenidən bir araya gəlib. Deyilənlərə görə, Mayli ilə Liam gecə boyunca bir-birlərini öpüşlərə qərq edərkən görünmüşdülər.






Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44237

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR