Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazirlikdən cavab: Sumqayıtda şagirdini döyən müəllim işdən çıxarıldı

Nazirlikdən cavab: Sumqayıtda şagirdini döyən müəllim işdən çıxarıldı

Date: 14 January 2016 14:08

Bakı. İlhamə İsabalayeva – Trend:

Təhsil Nazirliyi Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir: "Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin 8-ci sinfində baş vermiş hadisə ilə əlaqədar bildiririk ki, məktəbin tarix müəllimi İdris Hüseynov “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun və “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq etmiş, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol vermişdir. Bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İdris Hüseynov Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi vəzifəsindən azad edilmişdir.

Bununla Bağlı Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi hazırda xidməti araşdırma aparır.

Təhsil Nazirliyi bu məsələ adekvat münasibətə görə ictimaiyyətə təşəkkürünü bildirir, ictimai nəzarətin vacibliyini bir daha vurğulayır. Hadisə tam araşdırıldıqdan sonra hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcəkdir.

Təhsil Nazirliyi bundan sonra da təhsil müəssisələrində şəffaflığıın təmin edilməsi, təhsilalanların hüquqlarının müdafiəsi və təhsil ocaqlarının hüquqi məkana çevrilməsi, müəllim-şagird münasibətlərinin qarşılıqlı əməkdaşlıq şəraitində qurulması istiqamətində səylərini davam etdirəcəkdir".

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Nazirlikdən cavab Sumqayıtda şagirdini döyən müəllim işdən çıxarıldı

RƏYLƏR


Top news