Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şirkət: Yemin Azərbaycanda yetişdirilməsi idxaldan asılılığı aradan qaldıracaq

Şirkət: Yemin Azərbaycanda yetişdirilməsi idxaldan asılılığı aradan qaldıracaq

Date: 14 January 2016 14:13

Bakı. Elçin Mehdiyev - Trend:

“Atena” MMC tərəfindən istehsal edilən süd və süd məhsullarının qiymətinin bahalaşmasına təsir edən əsas amillərdən biri yem məhsullarının xaricdən gətirilməsidir. Bunu Trend-ə “Atropatena Holdinq”in İdarə heyəti sədrinin köməkçisi Müşviq Hüseynov deyib.

M.Hüseynov bildirib ki, yemin xaricdən gətirilməsi həm idxaldan, həm xarici valyutadan asılılığı artırır, eyni zamanda, məhsulun maya dəyərinin baha başa gəlməsinə səbəb olur.

O bildirib ki, yemin şirkət tərəfindən Azərbaycanda yetişdirilməsi bu istiqamətdə asılılığı aradan qaldırar, istehsal olunan məhsulların maya dəyərinin ucuz başa gəlməsini təmin edər, manatın devalvasiyası qiymətlərə ciddi təsr etməz, yeni və daimi iş yerləri açılar.

M.Hüseynov qeyd edib ki, yemin yetişdirilməsi üçün lazım olan sahələrin ayrılması ilə bağlı şirkət tərəfindən müvafiq qurumlara müraciət edilib və bu istiqamətdə işlər aparılır.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında çıxışı zaman yerli məhsulların istehsalının artırılması ilə bağlı verdiyi tapşırıqlardan sonra proseslərdə irəliləyiş müşahidə olunur: “Ümid edirik ki, yaxın zamanlarda şirkət üçün tələb olunan sahələr ayrılacaq və yemin yetişdirilməsi işlərinə başlanılacaq”.

Qeyd edək ki, “Atena” MMC “Atropatena Holdinq”in tərkibinə daxildir. MMC süd və süd məhsulları bazarına ilkin olaraq 32 növ məhsulla daxil olub, bu gün isə artıq 40 növ fərqli məhsulla müştərilərinə xidmət etməkdədir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Şirkət Yemin Azərbaycanda yetişdirilməsi idxaldan asılılığı aradan qaldıracaq

RƏYLƏR


Top news