"Azərbaycandakı stadionlar xoşuma gəlmir"

"Azərbaycandakı stadionlar xoşuma gəlmir"
14:22 14 Yanvar 2016
22 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan futbolunda onu qane etməyən məqamlardan danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis Kiyev "Dinamo"sunun saytına açıqlamasında stadionlardan narazılığını dilə gətirib: "Düzünü desəm, Azərbaycandakı stadionlar xoşuma gəlmir. Əlbəttə, söhbət Bakıdakı arenalardan getmir. Hansı ki, onların bəzisi yenicə inşa olunub.

Amma bizim klub da belə müasir stadiona sahib olmalıdı. Belə problem Azərbaycanın əksər klublarında var. Bu mənada "Qəbələ" rəhbərliyi də məni çox yaxşı başa düşür. Biz bu barədə çox danışmışıq. Mənə söz veriblər ki, klub üçün yeni arenanın inşa etdirilməsi problem deyil. Avropa Liqasının qrup mərhələsindəki çıxışımızdan sonra klubumuzun rəhbərliyinin iddiaları daha da artıb. Hamını ancaq futbolun inkişafı maraqlandırır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR