İlham Əliyev Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanını qəbul edib

İlham Əliyev Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanını qəbul edib
14:24 14 Yanvar 2016
13 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahı qəbul edib.

 

Lent.az-ın president.az-a istinadən məlumatına görə, Azərbaycan ilə Pakistan arasında siyasi münasibətlərin yüksək səviyyəsinin məmnunluq doğurduğunu vurğulayan prezident İlham Əliyev ölkələrin yaxın tərəfdaş və müttəfiq dövlətlər olduğunu, Azərbaycan və Pakistan xalqlarının bir-birinə qardaşlıq münasibəti bəslədiyini deyib.

 

Pakistan və Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrin genişləndirilməsinin önəmini vurğulayan dövlət başçısı bu sahədə əməkdaşlığın ikitərəfli münasibətlərinin daha da gücləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

 

Dövlət başçısı Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahın ölkəyə səfərinin bu sahədə əlaqələrin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

 

Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullah əvvəlcə Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını prezident İlham Əliyevə çatdırıb.

Pakistan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin tarixi, dini və mədəni köklərə malik olduğunu xüsusi vurğulayan Muhammad Zakaullah iki xalq arasındakı münasibətlərinin yüksək səviyyədə olduğunu və əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Sonda dövlət başçısı salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228668

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR