"Saville" məşhur bəstəkarın yubiley konsertinin təşkilinə dəstək oldu

"Saville" məşhur bəstəkarın yubiley konsertinin təşkilinə dəstək oldu
17:53 30 Dekabr 2014
102 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində ölkəmizin mədəni həyatına mühüm töhfələr verən “Azərsun Holdinq” növbəti dəfə ənənəsinə sadiq qalıb.

Bu dəfə adıçəkilən şirkət tərəfindən istehsal edilən “Saville” nar şirələrinin dəstəyi ilə bəstəkar İlham Azmanlının 50 illik yubileyi çərçivəsində kamera musiqisindən ibarət konsert təşkil olunub.

Azərbaycan Bəstəkarlar İttifaqının kamera və orqan musiqisi zalında keçirilən iki hissəli tədbirdə bəstəkarın “Woodwind quartet” (“Ağac nəfəs alətləri üçün kvartet”), “Rənglər”, “Bakı küləyi”, “Bachiana-Bakuana” (klarnet və piano üçün 7 hissəli silsilə) və “Papirus üzərində yazılmış hekayə” əsərləri səsləndirilib.

Qeyd edək ki, “Saville” markasının istehsalını həyata keçirən “Azərsun Holdinq” ölkəmizin mədəni həyatında olduğu kimi digər sahələrdə də müsbət rol oynamağa çalışır. Şirkət Mərkəzi Aran rayonlarında 600 min milli gülöyşə və vələs nar növünün əkilməsini həyata keçirib. Bu növlərdən hazırlanan “Saville” nar şirələri isə Azərbaycan narının şöhrətini bütün dünyaya yayır.

Hər kəs tərəfindən sevilən “Saville” nar şirəsinin əsas özəlliyi seçmə meyvələrdən hazırlanması, 100% təbii olması, konsentratsız və şəkərsiz olmasıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2349231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR