"Qazprom" - Tiflis danışıqlarının pərdəarxası açıldı

"Qazprom" - Tiflis danışıqlarının pərdəarxası açıldı
14:27 14 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Energetika Nazirliyinin dünənki bəyanatı "Qazprom"un 30 oktyabr 2015-ci ildə verilən açıqlaması ilə üst-üstə düşmür.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Respublikaçılar Partiyasının rəsmi nümayəndəsi Tamar Kordzaya söyləyib. Onun sözlərinə görə, hökumət hələ də bu danışıqların sosial və ya kommersiya qazı olması məsələsinə tam aydınlıq gətirməyib.
 
"Danışıqlar başlayandan sonra biz Energetika Nazirliyinə müraciət etdik və buna 30 noyabr 2015-ci ildə cavab aldıq. Bizi Gürcüstanın rus qazının idxalı və bu idxalın hansı seqment üzrə artırılması maraqlandırırdı. Bu, sosial, yoxsa kommersiya qazıdır? Energetika Nazirliyinin dünənki açıqlaması "Qazprom"un bizə 30 oktyabrda verdiyi açıqlama ilə üst-üstə düşmür. Hökumətin cavabında deyilir ki, sosial seqmentin tələbatını təmin etmək məqsədi ilə 2009-cu ildə SOCAR-la uzunmüddətli müqavilə imzalanıb.

Dövlət hazırkı mərhələdə "Qazprom"dan kommersiya sektoru üçün təbii qaz almağı planlaşdırmır. Belə ki, bu sektor tənzimlənmir və kommersiya müştərilərinin öz istəklərinə uyğun olaraq təchizatçını seçmək imkanları var. Buradan da görünür ki, nə sosial, nə də kommersiya seqmenti üçün Rusiya qazının idxalının artırılması planlaşdırılmayıb. Amma buna rəğmən dünən hökumət bəyan edir ki, mövcud olan defisiti qapatmaqdan ötrü idxalı artırmaq lazımdır. İndi müəyyənləşdirmək lazımdır ki, son iki ayda məhz hansı seqment üzrə tələbat artıb və bunun yaranmasına səbəb nə olub".
 
Qeyd edək ki, Respublikaçılar Partiyası hakim Gürcü Arzusu koalisiyasına daxil olan əsas partiyalardan biridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR