ABŞ-da Almaniyanın gələcəyi üçün nigarandırlar

ABŞ-da Almaniyanın gələcəyi üçün nigarandırlar
15:00 14 Yanvar 2016
20 Dünya
Ölkə mətbuatı
A- A+

“New York Times” qəzetinin şərhçisi Ross Duzetin fikrincə, Almaniya uçurumun kənarındadır. Ümidsiz vəziyyətə düşmüş bu ölkə yüz minlərlə qaçqının inteqrasiyasının öhdəsindən gələ bilməyəcək. Qəzet bu fikri əsaslandırmaq üçün Kölndə baş vermiş hadisələrə istinad edir.

Ross Duzetin fikrincə, yaranmış vəziyyətin əsas təqsirkarı və qaçqınlara münasibətdə daha realist siyasətin həyata keçirilməsi yolunda başlıca maneə Angela Merkelin özüdür. 

Merkelin istefa verməsi tələbi ilə Amerika KİV-lərində birinci olaraq açıq çıxış edən Duzetin nümunəvi mühafizəkar olmasını başa düşmək çətin deyil. “New York Times” qəzetində başqa icmalçıların da fikirləri təqdim edilir.

Bununla bərabər, ABŞ-da başqa KİV-lər də bu estafeti dəstəkləyiblər. Məsələn, “Wall Street Journal” yazır ki, Köln hadisələrindən sonra Angela Merkeli “atəşə tuturlar”. “Washington Post” nəşri isə belə hesab edir ki, Merkelin hakimiyyətdə olduğu bütün müddətdə onun siyasi karyerası üçün ən böyük təhlükə yaranıb. “Los Angeles Time” nəşri yazır: “Tarixin təkəri başqa istiqamətdə hərəkət başlayıb”. 

Görünməmiş hadisə baş verib: Almaniyada qaçqınlarla bağlı söz-söhbət televiziyanın axşam proqramlarının mövzusuna çevrilib. Diktorlar “Pegida” antiislam etiraz hərəkatının adını hələ çətinliklə tələffüz edirlər, lakin Almaniyada “qonaqpərvərlik” siyasəti ətrafında parçalanma təhlükəsi və siyasi spektrin perimetri boyunca radikallaşma ilə əlaqəar təşviş artır. 

Şərhçilərin fikrincə, ABŞ Prezidenti Barak Obama haqlı imiş: o hələ keçən ilin oktyabr ayında öz alman həmkarı Yoahim Hauka xəbərdarlıq etmişdi ki, ölkədə sabitlik pozula bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_da_Almaniyanin_geleceyi_uchun_nigarandirlar-918383

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR