Ermənilər "qara siyahı"ya düşdülər

Ermənilər "qara siyahı"ya düşdülər
14:32 14 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Bavariya hökuməti qaçqınların ərizələrini ləğv edəcəyi ölkələrin siyahısını genişləndirməyə hazırlaşır. Sözügedən siyahıya Ermənistan da daxil edilib. 

Milli.Az aznews.az-a istinadən bildirir ki, bu barədə Almaniyanın "Süddeutsche Zeitung" qəzeti yazıb. Bavariyanın daxili işlər naziri Yoaxim German bildirib ki, mənşəyinə görə təhlükəsiz ölkələrin konsepsiyası perspektivsiz müraciətlərin sürətli rədd edilməsi zamanı xüsusilə münasibdir. Siyahıya miqrasiya və qaçqınlar üzrə Federal xidmətin nadir hallarda ərizəsinə razılıq verdiyi ölkələr daxil edilib. Sözügedən siyahıda Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Hindistan, Mali , Monqoliya, Əlcəzair, Qambiya və Banqladeş yer alıb. 

Qeyd edək ki, daxilində siyasi təqiblərə yol verilməyən ölkələr təhlükəsiz hesab olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR