Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qonşular Bekhemdən şikayətləndilər - FOTO

Qonşular Bekhemdən şikayətləndilər - FOTO

Date: 14 January 2016 14:32

Bu təmirdən zinhara gəlmişik. Onlar milyoçulardır, məşhur insanlardır. Amma bu, bizə sürəkli narahatlıq yaratmalarına səbəb deyil. Qanun hamı üçün birdir.

Britaniyanın paytaxtı Londonun qərb hissəsindəki küçələrdən birinin sakinləri belə deyirlər. Onlar məşhur futbolçu Devid Bekhemin iki il əvvəl satın aldığı malikanənin yaxınlığında yaşayırlar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Devid və Viktoriya Bekhemlər bu taunhausu iki il əvvəl satın alıblar. Az sonra isə binada təmir işləri başlanıb.

Təmir və yenilənmənin ümumi dəyəri 46 milyon dollardır.

İşlər hələ də başa çatmayıb.

Qonşularsa iki ildən bəri davam edən təmirdən, bitmək bilməyən rekonstruksiyadan beziblər.

Onların dediklərinə görə, təmir başlanandan bəri binanın yaxınlığındak evlərə siçanlar, siçovullar daraşıblar.

Yerli Sakinlər Assosiasiyası Bekhemlər ailəsinə evin həyətində kondisionerlər quraşdırmağı da yasaqlayıb.

Milli.Az
















Tags:  Qonşular Bekhemdən şikayətləndilər FOTO

RƏYLƏR


Top news