Pentaqondan Kremlə: "Döyüşün o biri tərəfində qalmısınız"

Pentaqondan Kremlə: "Döyüşün o biri tərəfində qalmısınız"
14:42 14 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ silahlı qüvvələrinin xüsusi təyinatlı dəstəsi Suriyada yerləşdirilib və müxalifət gücləri ilə əlaqələri qaydaya salıb.

Publika.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin başçısı Eşton Karter bildirib.

Karter missiyanın detallarını açıqlamayıb, amma bildirib ki, Amerika xüsusi təyinatlı dəstəsinin əsgərləri artıq hədəfləri ABŞ-la eyni olan yerli güclərlə əlaqəni qurublar. Bundan başqa, Amerika xüsusi təyinatlı dəstəsi havadan zərbələr üçün yeni hədəfləri tapır. Amerikalı nazirin sözlərinə görə, Suriyada xüsusi təyinatlıların ən elit gücləri hərəkət edir.
 
"Reuters"in məlumatına görə, Suriyanın müxalifət gücləri arasında ABŞ-ın təxminən 40 komandosu var. Onların əsas məqsədi İŞİD terror qruplaşmasının paytaxtı sayılan Rakka şəhərinə döyüş sursatları və döyüşçülərin axınını kəsməkdir.
 
Həmçinin bildirilir ki, ABŞ-ın xüsusi təyinatlı dəstəsi qonşu İraqın silahlı qüvvələrinə kömək edir. Onların əsas missiyası İŞİD liderlərinin axtarışı və onların məhv edilməsidir.
 
Eşton Karter Fort-Kempbell (Kentukki ştatı) hərbi bazasında çıxış edərək bildirib ki, ABŞ müxtəlif alətlərdən istifadə edərək yalnız Suriya və İraqda deyil, başqa regionlarda da İŞİD-ə təzyiqi gücləndirmək niyyətindədir.
 
"İŞİD terror qruplaşması xərçəng xəstəliyinə bənzərdir. Yaxın Şərq və Şimali Afrikada qruplaşmanın yayılmasını qarşısını almaq lazımdır. Bununla əlaqədar olaraq, ABŞ-ın hərbi əməliyyatı yalnız İraqın Mosul vilayəti və Suriyanın Rakka şəhəri kimi İŞİD-in güc mərkəzlərinin deyil, bütün dünyada məhv edilməsinə hesablanıb", - Karter deyib.
 
Bundan başqa, ABŞ hərbi müəssisəsinin başçısı Rusiya və İranını növbəti dəfə tənqid edib. O, İran və Rusiyanın indiyə kimi "döyüşün o biri tərəfində" qaldığını iddia edib. Nazir Moskva və Tehranı Suriya prezidenti Bəşər Əsədə dəstəyini dayandırmağa çağırıb. Karter Əsədin Suriyada radikalizm və terrorizmin əsas səbəbi olduğunu bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR