Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məhkumlara söyüş söymək qadağan edilib

Məhkumlara söyüş söymək qadağan edilib

Date: 14 January 2016 15:02

Rusiya Ədliyyə Nazirliyi ölkədəki müvəqqəti saxlanma təcridxanaları üçün yeni daxili nizamnamə hazırlayıb.  

Modern.az Rusiya KİV-nə istinadən məlumat verir ki, yeni dəyişiklik təcridxanada saxlanılan şəxslərin - məhkumların nitqlərinə də müdaxilə edir.

"İstintaq təcridxanalarında saxlanılanlara digər şəxslərlə dialoq zamanı ədəbsiz sözlərdən, təhqirlərdən və həbsxana jarqonundan istifadə etmək qadağan olunur".

Bundan başqa, nazirlik təcridxanalarda quraşdırılan kameraların çəkilişinə mane olmağı, həkimin icazəsi olmadan dərman qəbul etməyi də qadağan edir. Paralel olatraq, məhkumların elektrik çaydanı, dezodorant və üzqırxmaq üçün gel saxlamalarına icazə verilib.


Tags:  saxlanma tecridxanalari mehkumlara qadagan olunub

RƏYLƏR


Top news