Aktual mövzular: Dollar alış-satışı , Məzənnə, Hava haqqında, Neftin qiyməti

Sevda Sumqayıtdakı hadisədən: "Valideynlər uşaqlara tərbiyə əvəzinə vəhşilik öyrədirlər"

Sevda Sumqayıtdakı hadisədən: "Valideynlər uşaqlara tərbiyə əvəzinə vəhşilik öyrədirlər"

Azerbaijan`s Deputy Minister of Culture and Tourism attends 11th session of Intergovernmental Committee of UNESCO (13 December 2016 14:46)

Date: 14 January 2016 14:42

Uşaqlara əl qaldırmağın tamamilə əleyhinəyəm. Lakin gördüyüm əksər uşaqların tərbiyəsi məni də bir oğul anası kimi çox narahat edir. Valideynlərin övladlarına verdiyi tərbiyə çox acınacaqlıdır.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Sevda Sanəliyeva deyib. O, Sumqayıtda şagirdi döydüyü üçün məktəbdən uzaqlaşdırılan müəllim haqqında fikirlərini bölüşüb:

"Valideynlər uşaqlara nə böyüyə hörməti, nə də heyvanla davranışı başa salırlar. Ancaq vəhşilik... İnanmıram ki, müəllim durduğu yerdə şagirdi vursun. Amma o müəllimdir və nümunə göstəricisidir, bu hərəkət də səhvdir.

Valideynlərə sözüm odur ki, sabah övladınıza siz də sözünüzü keçirə bilməyəcəksiniz. Övladınız ətrafdakına necə davranırsa, sizə betərini göstərəcək. Böyüklərə hörmət öyrədin ki, sizə də onu göstərsinlər. Övladımdır deyib, boş buraxmayın. Bu, mənim şəxsi fikrimdir".


Tags:  sevda saneliyeva sevda sumqayitdaki hadise


RƏYLƏR


Top news