Qadın İrandan Azərbaycana "ölüm" keçirmək istədi

Qadın İrandan Azərbaycana "ölüm" keçirmək istədi
14:57 14 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Raminə Əliyevanın əl çantasına baxış zamanı 2 ədəd flakonda, məhlul formasında, ümumi xalis çəkisi 0,240 qram təşkil edən metadon adlı narkotik vasitə aşkar edilib.

Milli.Az bildirir ki, Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, İrandan Azərbaycana piyada gələn daha bir Azərbaycan vətəndaşı Böyükağa Əliyevin əl yükündən isə 6 ədəd həb şəklində "Metadone-40" adlı dərman preparatı aşkar olunaraq götürülüb. 
 
Xatırladaq ki, metadon adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 6 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram təşkil edir.
 
Hər iki faktla bağlı təhqiqat aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR