Böhran Nazim İbrahimovu vurdu - həyat yoldaşının mağazası bağlandı

Böhran Nazim İbrahimovu vurdu - həyat yoldaşının mağazası bağlandı
15:11 14 Yanvar 2016
53 Şou
Ölkə mətbuatı
A- A+

Manatın ikinci devalvasiyasından, həmçinin neft qiymətlərinin kəskin ucuzlaşmasından sonra ölkədə ciddi maliyyə problemləri yaranıb. Bunun nəticəsi olaraq paytaxda və bölgələrdə bir çox məşhur restoran və mağazalar, digər iaşə obyektləri bağlanıb.

Böhran məmurlardan da yan ötməyib. Bizneslərinə ciddi şəkildə ziyan dəyən məmurlar son aylarda restoranlarını, mağazalarını və digər biznes obyektlərini bağlamalı olurlar. Prosesin qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.

Axşam.az xəbər verir ki, şəxsi biznesində problemlər yaranan məmurlardan biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. Qaynar.info-nun əldə etdiyi məlumata görə, komitə sədrinin həyat yoldaşı Minayə İbrahimovaya məxsus olduğu iddia edilən brend mağaza artıq fəaliyyətini dayandırıb.

Bakı Metropoliteninin Sahil stansiyasının yaxınlığında yerləşən brend geyim mağazası olan "VBC"nin qapıları bağlanıb və üzərinə "İcarəyə verilir" sözləri yazılıb.

Nazim İbrahimova yaxın mənbələrin verdiyi məlumata görə, bu komitə sədrinin bağladığı yeganə mağaza deyil. Onun şəhərdəki başqa bir neçə obyekti də böhrana görə fəaliyyətini dayandırmalı olub.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44243

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR