"CBC Sport Kuboku"nun ilk oyununda bir qol vuruldu

"CBC Sport Kuboku"nun ilk oyununda bir qol vuruldu
15:17 14 Yanvar 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

Qış fasiləsində təlim-məşq toplanışı keçirmək üçün ölkə xaricinə yollanmayan klublar arasında təşkil olunan "CBC Sport Kuboku"na start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.

Açılış oyununda "Neftçi" və AZAL qarşılaşıb. Premyer Liqanın turnir cədvəlində qonşu olan klubların oyununda bir qol vurulub. Araz Abdullayev 39-cu dəqiqədə fərqlənərək "Neftçi"yə qələbə qazandırıb.

Komandalar arasında bu mövsüm Premyer Liqada baş tutan hər iki oyunda AZAL (2:1, 1:0) qələbə qazanmışdı.

Qeyd edək ki, "CBC Sport Kuboku"nuda “Neftçi” və AZAL-dan başqa "Neftçala", "Şərurspor" və MOİK mübarizə aparır.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotcbc-sport-kubokuquotnun-ilk-oyununda-bir-qol-vuruldu-t46789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR