Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İlhamə Quliyevadan oğlunun həbs olunması xəbərinə - MÜNASİBƏT

İlhamə Quliyevadan oğlunun həbs olunması xəbərinə - MÜNASİBƏT

"Qanlıgöl"ün yanında QƏTL: ər arvadının qanını axıtdı (24 Mart 2017 10:43)
Ər arvadını qətlə yetirib - BAKIDA (24 Mart 2017 10:24)
"Qanlıgöl"ün yanında QƏTL: ər arvadının qanını axıtdı (24 Mart 2017 10:05)

Tarix: 14 Yanvar 2016 15:19

Xalq artisti İlhamə Quliyeva oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirov H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanması xəbərindən danışıb.

Lent.az-a açıqlama verən İ.Quliyeva bildirib ki, məlumat yalandır: “Bu xəbər mənim oğluma, ümumiyyətlə, bizim ailəmizə olan böhtandır. Bu işin başında kimlərin durduğu da mənə məlumdur. Bu, keçmiş qulluqçum Mehriban Hüseynovanın adamlarının işidir. Onlar bu cür şayiə yayıblar. Hazırda oğlum Orxan yanımdadır. Özü də bu məlumata gülür. Allah bu şayiəni yayanlara ağıl versin”.

 

Xatırladaq ki, mətbuatda xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirovun  H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılması xəbəri yayılıb. Məlumata görə, xaricdən ölkəyə gələn Orxan Nadirovla Vüqar Bəşirovun saxlanılmasının səbəbi hələlik məlum deyil. Hər iki şəxs Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. 

 

Qeyd edək ki, O.Nadirovun adı 2008-ci ildə mətbuatın gündəminə həbs edilməsi ilə daxil olmuşdu. Ölkəyə gətirilən uyuşdurucu həblərin istifadəsində təqsirləndirilən O.Nadirov 2009-cu ildə 10 ay müddətinə həbs cəzasına məhkum edilmişdi. 

 


Teqlər:  ilhame quliyeva ilhame quliyeva oglu ilhame quliyevanin oglu saxlanilib



RƏYLƏR


Top xəbərlər