Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Bu dəfə daha yaxşı oynadıq" - Tərlan Əhmədov

"Bu dəfə daha yaxşı oynadıq" -   Tərlan Əhmədov

Date: 14 January 2016 15:22

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov qış turniri çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Fanat.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

"Belə bir turnirin keçirilməsi çempionatımızdakı fasilə dövründə futbol ictimaiyyətini futbolsuz qoymamaq baxımından çox önəmlidi. Yeni və gənc futbolçuların özlərini göstərməsi baxımından da bu turnirin əhəmiyyəti böyükdü. Bu gün qələbə qazanmaq istəyirdik. Lakin alınmadı. Bu, yanvar ayındakı üçüncü oyunumuzdur. Daha öncə iki dəfə "Sumqayıt"la yoxlama oyunu keçirmişdik. Bu dəfə daha yaxşı oynadıq. Fikrimcə, xüsusilə ikinci hissə hər iki komanda üçün çox maraqlı alındı. Turniri kimin qazanacağını indidən demək olmaz. Yəqin ki, uğura kim daha çox can atacaqsa, həmin kollektiv də qələbə qazanacaq". (CBC)

Fanat.az

Tags:  dəfə oynadıq Tərlan Əhmədov

RƏYLƏR


Top news