"Qanlı Yanvar" bədii serialının nümayişi başlayır

"Qanlı Yanvar" bədii serialının nümayişi başlayır
15:26 14 Yanvar 2016
29 Şou
Ölkə mətbuatı
A- A+

Yanvar ayının 16-dan "Qanlı Yanvar" bədii serialının nümayişi başlayır.

ANS PRESS-in məlumatına görə, Vahid Mustafa Yevin filmi yanvar ayının 16-dan etibarən hər gün nümayiş ediləcək. Filmə hər gün saat 22:00-da ANS-də baxa bilərsiniz.

Kinorejissor Vahid Mustafa Yevin "Qanlı yanvar" filmi Azərbaycanın müstəqillik tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edir.

20 yanvar 1990-cı il. O gün Azərbaycan xalqının tarixində Qanlı Yanvar kimi qalacaq. Məhz həmin gün Azərbaycan adlı kiçik bir respublika öz milli azadlıq və müstəqilliyi uğrunda böyük bir imperiya ilə mücadiləyə qalxdı və SSRİ ordusu tərəfindən öz qanına qəltan edildi. Azərbaycan şəhərlərinə daxil olan Sovet ordusu, tank və digər ağır texnika ilə qarşısına çıxanı qırırdı.

"Qanlı Yanvar" filmi həmin hadisəni bizə bir azərbaycanlı ailəsinin-Nərimanovların gözü ilə göstərir. İki qardaş, KGB zabiti, kommunist Nəcəf və sovet ordusunun keçmiş zabiti, indi demokrat –inqilabçı Mehdi, əks düşüncələrinə görə ölüm-dirim mübarizəsinə qalxıb. Dramanın mərkəzində, onları boya-başa çatdıran ANA - Xədicə xanın bir sipər kimi dayanır. Hər iki qardaş Azərbaycanı çiçəklənən və firavan görmək istəyir. Xədicə xanımın sözləri ilə desək "...sadəcə onların yolları və yoldaşları ayrıdır!" Vətən, ana və ailə məhəbbətlərinin qarşılaşdırıldığı film sonadək hər kəsin öz həqiqətini tanıyır.

Qanlı Yanvar hadisələrinin iştirakçısı olan rejissor Vahid Mustafayev filmdə real hadisələri canlandırmağa və qarşıda duran bir sıra suallara da cavab tapmağa çalışıb - Müstəqilliyin qiyməti, Anaların və Övladların məsuliyyəti necə hesablanır, ümumiyyətlə əlində silah olan bir kəs ədalətli ola bilərmi...


Filmin anonsu


Film həmçinin yanvar ayının 12-dən faciənin ildönümünə kimi bir sıra ali və orta təhsil müəssisələrində də təqdim ediləcək. Bunların arasında Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Ali Neft Məktəbi, Neft ve Sənayə Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də var.

Film Azərbaycanı bir çox beynəlxalq kinofestivallarda da təmsil edib. Ekran işi Braziliyada San Pauloda Beynəlxalq Monstra festivalında, o cümlədən dünyanın üç ən nüfuzlu festivalından birində - Kanadada, Monreal film festivalında, Estoniyanın paytaxtı Tallində 1997-ci ildən keçirilən Avropanın ən iri festivallarından olan “Black Nights” kinofestivalında nümayiş olunub. Film müxtəlif mükafatlara və diplomlara layiq görülüb.

“Qanlı Yanvar” filmi Hindistanda, 46-cı Beynəlxalq Qoa Film Festivalında tamaşaçı rəğbəti qazanaraq 3-cü yeri tutub.



Çəkiliş meydanından


Film 2015-ci il yanvar ayının 20-də - faciənin 25 illiyində təqdim edilib. Premyerada həmçinin başda kinoda rol alan məşhur aktyorlar Nəbahət Çehrə və Leyn Devis olmaqla yaradıcı heyətin üzvləri iştirak ediblər.


"Qanlı Yanvar"ın rəsmi treyler


Filmin Bakı premyerası

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369711

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR