Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nizami Kino Mərkəzində yeni filmlər başlanıb

Nizami Kino Mərkəzində yeni filmlər başlanıb

Date: 14 January 2016 15:27

Nizami Kino Mərkəzində yanvarın 14-dən "Krid: Rokki irsi" və "Bacılar" adlı filmlərin nümayişinə başlanıb.

"Krid: Rokki irsi" filmini rejissor Rayan Kuqler dram və idman janrında çəkib. Yaş həddi:16+
Film Rokki Balboanın rinqdə ən ciddi ilk rəqibi və sonradan ən yaxın dostuna çevrilən Appolo Kridin oğlundan bəhs edir. Krid oğul atasının yolunu davam edir və bu məqsədlə o, artıq yaşa dolmuş Rokkinin axtarışına çıxır. Çoxdan bu işlərdən uzaq olan, yaşa dolmuş Rokki yenidən Kridə məşqçilik etməyə başlayır.
Filmdə Maykl B.Cordan, Silvestr Stallone, Tessa Tompson, Filisiya Raşad, Andre Uord, Toni Belyu, Riçi Koster, Ceykob Stiç Dyuran, Qrem Mak Taviş, Malik Bazille və başqaları çəkiliblər.

Rejissor Ceyson Murun Paula Pellin ssenarisi əsasında çəkdiyi "Bacılar" kinokomediyası ABŞ istehsalıdır. Yaş həddi:18+

Ailə evlərini satmağa yığışan valideynlərin iki qızı evdə son əyləncə məclisi keçirməyi qərara alır...

Rollarda Emi Poler, Tina Fey, Maya Rudolf, Ayk Barinxolts, Ceyms Brolin, Dayenn Uist, Con Sina, Con Lequizamo, Bobbi Moynaxan, Qreta Li və başqa aktyorlar çıkiliblər.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənmək mümkündür. (https://www.facebook.com/NizamiCinema?rf=hl) 

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az
 


Tags:  Nizami Kino Mərkəzində yeni filmlər başlanıb


RƏYLƏR


Top news