Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Neftçi” klubu AZAL-a tək qolla qalib gəlib

“Neftçi” klubu AZAL-a tək qolla qalib gəlib

Liderlərin qiyabi mübarizəsi (19 Mart 2017 11:22)
"Neftçi"nin yubiley gecəsi, liderlərin səfər sınağı (17 Mart 2017 13:05)
Son 13 ildə ilk dəfə (15 Mart 2017 09:22)

Tarix: 14 Yanvar 2016 15:33


Bakı, 14 yanvar, AZƏRTAC
Qış fasiləsini Azərbaycanda keçirən futbol klublarının iştirakı ilə təşkil olunan “CBC Sport” kuboku yarışları start götürüb.
AZƏRTAC xəbər verir ki, beş komandanın qatıldığı yarışın ilk oyun günündə bir qarşılaşma keçirilib.
Turnirin ilk matçında Topaz Premyer Liqasının iki komandası - “Neftçi” ilə AZAL üz-üzə gəlib.
Bu komandaların Topaz Premyer Liqasının turnir cədvəlində qonşu pillələrdə olması da matça maraq qatıb. Mövsümün hər iki görüşündə rəqibinə uduzan “Neftçi” məğlubiyyətlərin əvəzini bu oyunda çıxa bilib. Belə ki, 39-cu dəqiqədə Araz Abdullayevin vurduğu qol “Neftçi”yə minimal hesablı qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, bir dövrəli sistemlə keçirilən turnirdə “Neftçi” və AZAL ilə yanaşı, I divizion təmsilçiləri "Neftçala", "Şərurspor" və MOİK də mübarizə aparır.

Teqlər:  Neftçi klubu AZAL-a qolla qalib gəlib



RƏYLƏR


Top xəbərlər