Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Balıqovlama biletinin müddəti iki ay uzadıldı

Balıqovlama biletinin müddəti iki ay uzadıldı

Date: 14 January 2016 15:38

Bakı. İlhamə İsabalayeva – Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ötən il verilmiş balıqovlama biletinin hüquqi qüvvəsini iki ay müddətinə uzadıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sənaye balıq ovunun fasiləsiz davam etdirilməsi ilə bağlı hüquqi və fiziki şəxslər tərəfindən Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə çoxsaylı müraciətlər daxil olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sənaye balıq ovunun fasiləsiz davam etdirilməsini və balıqçılar tərəfindən texniki sənədlərin, eyni zamanda qanunvericiliklə müəyyən edilmiş ov alətlərinin alınması və qaydaya salınması üçün vaxt tələb olunduğunu nəzərə alaraq, 2015-ci ildə hüquqi və fiziki şəxslərə verilmiş balıqovlama biletinin hüquqi qüvvəsinin iki ay müddətinə uzadılması barədə qərar qəbul edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Balıqovlama biletinin müddəti iki ay uzadıldı

RƏYLƏR


Top news